Azıx mağarasında tədqiqat aparan alimlərə qarşı cinayət işi açılıb

XİN arxeoloqları ”qara siyahı”ya salıb

Source:
Respublika Prokurorluğu


XİN arxeoloqları ”qara siyahı”ya salıb

Azıx mağarasında tədqiqat aparan Ermənistan, İspaniya və Böyük Britaniya alimlərinə cinayət işi açılıb. Məlumatı Baş Prokurorluq yayıb.

Xəbərə görə, ermənistanlı alim Levon Yepiskoposyan, ispaniyalı tədqiqatçı Yolanda Fernandez-Yalvo, Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”-nin direktoru Tanya Kinq və elmi işçi Piter Endryusun 2002-ci ildən etibarən Azıx mağarasında arxeoloji qazıntı aparıblar:

“İspaniyanın Milli Təbiət Muzeyi, Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, “Armenian General Benevolent Union”-un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr yarandığından adları çəkilən şəxslər barəsində cinayət işi qaldırılıb”.

Baş Prokurorluq İnterpola sorğu göndərdiklərini də bildirir:

“Bundan öncə də Britaniya və İspaniya arxeoloqlarını Dağlıq Qarabağda qazıntı işləri aparmamağa çağırmışdıq”.

2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı açıqlama da yaymışdı. Bildirirdi ki, Azıx mağarasında qazıntılar “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyası, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına ziddir.

2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu “qara siyahı”ya salıb.

Azıx mağarası Xocavənd rayonunda Azıx kəndi yaxınlığında altı mağaradan ibarət kompleksdir.

Ana səhifəXəbərlərAzıx mağarasında tədqiqat aparan alimlərə qarşı cinayət işi açılıb