Azimport şirkətinin sahibi Rəşad Məmmədov fırıldaqçılıqda ittiham olunur

Dövlət Bayrağı Meydanı kompleksinin keçmiş idarə rəisi erməni əsilli olduğu barədə məlumatları təkzib edib

Source:


 Dövlət Bayrağı Meydanı kompleksinin keçmiş idarə rəisi erməni əsilli olduğu barədə məlumatları təkzib edib

Bu barədə Turan-a İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirib. Behbudov mayın 29-da MTN-in istintaq təcridxanasında Rəşad Məmmədova və bu iş üzrə onunla birgə keçən İsfəndiyar İsfəndiyarova və Arzu Məmmədova baş çəkib. Komitə sədrinin sözlərinə görə, onlar saxlanma şəraitindən və onlara qarşı davranışdan şikayət etməyiblər. Həmçinin istintaqın gedişatından narazılıq bildirməyiblər.

Həbs edilənlər dövlət vəkilləri ilə təmin ediliblər. Elçin Behbudov Məmmədovdan KİV-in onun erməni əsilli olduğu barədə məlumatlarını soruşub, amma məhbus bunu təkzib edib.

Azimport şirkəti son illər dövlət büdcəsinin vəsaiti ilə Bakı və Abşeronun abadlaşdırılması üzrə böyük podratlar həyata keçirib.

Ana səhifəXəbərlərAzimport şirkətinin sahibi Rəşad Məmmədov fırıldaqçılıqda ittiham olunur