“Azərxalça”nın sədri vəzifəsindən çıxarıldı

“Yeni Azərbaycan” Partiyasının üzvü olan Vidadi Muradov 2016-cı ildə “Şöhrət” ordeni, 2 il əvvəl isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Foto: Specify Source


Prezident sərəncam imzaladı

Yanvarın 9-da həbs olunan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev yanvarın 10-da

sərəncam

imzalayıb.

Baş Prokurorluq “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradovun cinayət məsuliyyətinə cəlb edilməsi haqqında

məlumat

yayıb.

Vidadi Muradova qarşı CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Vidadi Muradov 1956-cı ildə Bərdə şəhərində doğulub. O, 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində “İqtisadiyyatın təşkili” ixtisası üzrə təhsil alıb.

"Yeni Azərbaycan" Partiyasının üzvü olan Vidadi Muradov 2016-cı ildə "Şöhrət" ordeni, 2 il əvvəl isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Ana səhifəSiyasət“Azərxalça”nın sədri vəzifəsindən çıxarıldı