“Azərxalça”nın əməkdaşları: 5 aydır maaş ala bilmirik

Cənab Səfərov söyləyib ki, koronavirusa görə tətbiq edilən məhdudiyyətlərdən sonra “Azərxalça” məhsullarının həm yerli, həm də dünya bazarlarında satışı xeyli azalıb, buna görə də işçilərə maaş verə bilməyiblər.

Source: Specify Source


“5 aydır 1700 nəfər işçi ailəsini güclə, çətinliklə dolandırır”

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin işçiləri fevraldan bu yana əmək haqqı ala bilmədiklərini deyirlər.

Qurumun Sumqayıt filialının əməkdaşları Meydan TV-yə deyiblər ki, 5 aydır ailələrini çox çətinliklə dolandırırlar. Onsuz da az olan əmək haqqının indi ümumiyyətlə olmadığını söyləyirlər.

“Azərxalça”nın mətbuat xidmətinin rəhbəri Tural Səfərov bir müddət öncə belə bir problemin olduğunuı təsdiqləyib. Bildirib ki, hazırda məzuniyyətdə olduğu üçün indiki durumdan xəbərsizdir:

“Ancaq araşdırıb, bu barədə açıqlama verəcəyik. İşdə olmasam da, maraqlanacağam”.

Mayın 15-də Tural Səfərov qurumun Qəbələ filialının əməkdaşlarının şikayətləri əsasında “BBC News Azərbaycanca”ya bildirib ki, "Azərxalça”nın 21 filialının əməkdaşları fevral ayından əməkhaqqı almayıb".

Cənab Səfərov söyləyib ki, koronavirusa görə tətbiq edilən məhdudiyyətlərdən sonra “Azərxalça” məhsullarının həm yerli, həm də dünya bazarlarında satışı xeyli azalıb, buna görə də işçilərə maaş verə bilməyiblər.

Qurumun sözçüsü dövlətdən pandemiya ilə əlaqədar maliyyə yardımının ayrılması üçün İqtisadiyyat Nazirliyinə müraciət etdiklərini də söyləyib. Bildirib ki, bundan sonra onlara dövlət maliyyə yarımı ayırıb və işçilərinin fevral-mart aylarının əməkhaqları tam şəkildə, aprel ayının əməkhaqqı isə boşdayanma qanununa əsasən ödəniləcək.

Sumqayıt filialının əməkdaşları isə bu günədək əmək haqlarını almadıqlarını söyləyirlər:

“Gah dedilər, “nazirliyə yazılacaq”, gah da dedilər, “artıq yazılıb”. Maliyyə yardımı ilə əmək haqlarının ödənəcəyi vədi ilə aylardır bizi get-gələ salıblar. Amma bizə bir qəpik də ödənməyib”.

o_1b4vgi0921a6b4u2hsq1sq28dm10
“Gah dedilər, “nazirliyə yazılacaq”, gah da dedilər, “artıq yazılıb”.

İşçilər bildirirlər ki, regionlarla birgə “Azərxalça”nın 1700-dək işsizi var. Və bu qədər insanın böyük əksəriyyəti fevraldan bəri əmək haqqı ala bilmir:

“Bu yaxınlarda işçilərin bəzi hissəsinə 1,5 aylıq əmək haqqı ödəndi. O da pandemiyaya görə dövlətin “Azərxalça”ya ayırdığı yardımla ödəndi. Amma ondan sonra da heç nə olmadı, gözləyirik. Artıq gözləmək də çətindir. Çünki hamımız ailə saxlayırıq və yaşamaq çətindir”.

İşçilər bildirirlər ki, heç verdikləri də yüksək maaş deyil. Onsuz da onlara güclə yetirdi. İndi ümumiyyətlə, o da verilmir:

“Yun çeşidləmədə işləyənlərə 300-500 manat aylıq maaş verirdilər. Xalça toxuyan qadınlara isə toxuduqlarının hər kvadratına görə 250 manat əmək haqqı verirdilər. Onsuz da əmək çox, maaş az idi. İndi o da yoxdur və həqiqətən, insanlar yaşamağa çətinlik çəkirlər. Buradan aidiyyatı qurumlara müraciət edirik, xahiş edirik, bizə kömək etsinlər. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya demək istəyirik ki, 5 aydır 1700 nəfər işçi ailəsini güclə, çətinliklə dolandırır. Bizə kömək edin. Heç nə istəmirik, elə halalca maaşımızı versinlər, bəsimizdir”.

Rəsmi internet səhifələrində deyilir ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti 2016-cı il mayın 5-də yaradılıb.

2016-2018-ci illərdə qurumun Bakı və Naxçıvan şəhərlərində, Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları fəaliyyətə başlayıb.

Ana səhifəSosial“Azərxalça”nın əməkdaşları: 5 aydır maaş ala bilmirik