”Azərsun”un 25 faizi Azərbaycan İnvestisiya Şirkətinə keçdi

Azərbaycanda istehsal olunan sənaye, ərzaq və kənd təsərrüfatı məhsullarının Qazaxıstana, Qazaxıstanda istehsal olunan məhsulların isə Azərbaycana ixracı bu Logistika Mərkəzi vasitəsilə reallaşır

Source:


Azərbaycanda istehsal olunan sənaye, ərzaq və kənd təsərrüfatı məhsullarının Qazaxıstana, Qazaxıstanda istehsal olunan məhsulların isə Azərbaycana ixracı bu Logistika Mərkəzi vasitəsilə reallaşır

Azərbaycan İnvestisiya Şirkəti, “Azərsun İstehsal və Logistika” şirkətindən 25 faiz iştirak payının əldə edilməsilə bağlı müqavilə imzalayıb.

“Marja” xəbər verir ki, bu barədə “Azərsun Holdinq”in aylıq bületenində məlumat verilib.

“Azərsun İstehsal və Logistika” Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən logistika mərkəzinə sahibdir. Logistika anbarı hər birinin sahəsi 5000 m2 olan quru və soyuq anbardan, digər infrastrukturdan ibarətdir.

Azərbaycanda istehsal olunan sənaye, ərzaq və kənd təsərrüfatı məhsullarının Qazaxıstana, Qazaxıstanda istehsal olunan məhsulların isə Azərbaycana ixracı bu Logistika Mərkəzi vasitəsilə reallaşır.

Ana səhifəXəbərlər”Azərsun”un 25 faizi Azərbaycan İnvestisiya Şirkətinə keçdi