Yerli istehsal olan məhsulların qiymətlərinin 15-17 faiz civarında, idxal mallarının isə devalvasiyanın həcmi qədər, yəni 34 faiz bahalaşmasına səbəb olacaq
“Azersun Holdinq”in Müşahidə Şurasının sədri Əbdülbari Gözəl holdinq müəssisələrinin istehsal etdikləri məhsulların bahalaşacağını bildirib.
3-cü Beynəlxalq “Caspian Energy Forum–2015” konfransında çıxış edən Ə.Gözəl deyib ki, ümumilikdə, müəssisə 50% xammal idxalından asılıdır. Bu, bəzi məhsullarda 60 faiz, bəzi məhsullarda isə (məsələn, duz) 10 faizdir. Devalvasiyanın yükünü həm istehsalçılar, həm də idxalçılar çəkirlər.
“Azersun Holding”in sahibi hesab edir ki, devalvasiya yerli istehsal olan məhsulların qiymətlərinin 15-17 faiz civarında, idxal mallarının isə devalvasiyanın həcmi qədər, yəni 34 faiz bahalaşmasına səbəb olacaq.
Qeyd edək ki,manat Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə devalvasiya olunub. Bundan sonra dövlət başçısı hökuməti bazarı nəzarətə götürməyi tapşırıb ki, məhsulların qiymətləri qalxmasın.
Bir çox şirkətlər, o cümlədən qənd, şəkər tozu, bitki yağları, duz, meyvə və tərəvəz konservi, süd və süd məhsulları istehsalçısı olan “Azersun Holding” MMC bəyan etdi ki, hələlik məhsulalrın qiymətlərini artırmır.
Novruz bayramından sonra ərzaq mallarının tədricən bahalaşacağı gözlənilir.
2013-cü ildə “Azersun Holding” MMC məhsul satışından və yerinə yetirilən xidmətlərdən 358,5 mln. manat (ƏDV nəzərə alınmadan) gəlir əldə edib (fins.az).