”Azərsu” kütləvi zəhərlənmə ilə əlaqədar araşdırma aparır

”Z.Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur”

Source:


”Z.Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur”

İyunun 7-10 tarixlərində Sumqayıtda 119 uşağın

zəhərlənməsi

gündəmin əsas mövzusuna çevrilib. Həkimə müraciət edənlərin əksəriyyəti övladlarının sudan zəhərləndiklərini iddia etsə də, “Azərsu” ASC ittihamları qəbul etmir.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı olayla bağlı məlumat daxil olduqdan sonra dövlət müəssisəsinin ekspertlərinin araşdırma apardıqlarını deyib.

O, APA-ya deyib ki, hadisənin baş verdiyi Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən bir neçə nümunə götürülüb:

“İlkin araşdırmalar suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini üzə çıxarıb. Buna baxmayaraq, araşdırma və təhlillərimiz davam edir”.

A.Cəbrayıllı deyib ki, Z.Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur:

“Əhali arasında belə bir fikir var ki, həmin əraziyə su Ceyranbatan su anbarından verilir. Lakin bu belə deyil. Adıçəkilən qəsəbəyə su Xaçmazdan çəkilən boru vasitəsilə verilir. Bununla yanaşı, Sumqayıt şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin su təchizatı məhz da bu boru vasitəsilə həyata keçirilir. Buna görə, hadisənin məhz bir ərazidə baş verməsi maraqlıdır”.

Ana səhifəXəbərlər”Azərsu” kütləvi zəhərlənmə ilə əlaqədar araşdırma aparır