Azərsığorta”nın Tovuz filialının direktorunu öldürməkdə şübhəli bilinən şəxs tutulub

”Şübhəli bilinən şəxs idarənin mühasibidir”

Source:
Daxili İşlər Nazirliyi foto sosial şəbəkə


”Şübhəli bilinən şəxs idarənin mühasibidir”

Daxili İşlər Nazirliyi (DİN) “Azərsığorta” dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanın qətli ilə bağlı məlumat yayıb.

Məlumata görə,

aprelin 22-də

Tovuz şəhər sakini Vahid Bayramov Rayon Polis Şöbəsinə müraciət edib. O, aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.

Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.

“Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub”.

Ana səhifəXəbərlərAzərsığorta”nın Tovuz filialının direktorunu öldürməkdə şübhəli bilinən şəxs tutulub