“Azəristiliktəchizat”ın sədri işdən çıxarıldı

Yaşar Həsənov, Foto: bakuxeber.info

Yeni sədr təyinatınadək bu vəzifəni müavin əvəz edəcək

Yaşar Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev fevralın 7-də sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası sədr müavini İlham Mirzəliyevə həvalə olunub.

Yaşar Həsənov 2005-ci ildən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindəydi.

Ana səhifəSosial“Azəristiliktəchizat”ın sədri işdən çıxarıldı