Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır
“Azərişıq” ASC-nin əməkdaşı özünü elektrik naqilindən asaraq intihar edib. “Report”un məlumatına görə, hadisə Ağdaş rayonunun Xosrov kəndi ərazisində yerləşən taxta-şalban sexinin elektrik anbarında baş verib. Həmin kəndin sakini 49 yaşlı Məhəmməd Mirhəsən oğlu Səmədov özünü asaraq intihar edib.
M.Səmədov “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş elektrik şəbəkəsində elektrik vəsifəsində çalışıb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.