Debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı noyabrın 23-də, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Bu barədə məlumatı “Azərişıq” ASC-nin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılan abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayılır. Bu səbəbdən belə hallara yol vermiş şəxslərə qarşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək:
Şirkət xahiş edir ki, elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı bir problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqları dərhal ödənilsin.