Parniklərə ayrılan qazın cəriməsini əhalinin ödədiyi bildirilir
“Aprelin 20-də “Azəriqaz” İstehsalat Birliyində iclas keçirilib, rayon qaz istismar sahələrinin rəislərinə qazın təzyiqinin azaldılması tapşırılıb. Səbəbi kimi bu ilin birinci rübündə xərclərin ötən ilin müvafiq dövrü ilə müqayisədə çox olması göstərilib”.
Adının açıqlanmasını istəməyən qaz istismarı sahələrindən birinin rəisi deyir ki, aprelin ilk günündən qazın təzyiqi 30 millibardan (mbar) 20 millibara qədər azaldılmışdı. Aprelin 20-dən 10 mbara qədər endiriləcək:
“Bakıətrafı kənd və qəsəbələrdə isə günün müxtəlif saatlarında qazın verilişi tam dayandırılacaq. Dünəndən Lökbatan, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, 9-cu mikrorayon, Mir Cəlal küçəsində qaz məhdudiyyətlə verilib”.
Mənbə deyir ki, qaz itkisi çox olduğundan bunun xərcini abonentlərdən çıxırlar:
“Qazın qiyməti artandan bəri ən kiçik parniklər belə 2-3 min manat pul ödəyirdilər. Ona görə də razılaşma yolu ilə əlavə qaz sərfindən istifadə etdilər. İndi həmin itkini əhalinin hesabına doldurmağa çalışırlar”.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirib ki,
“Azəriqaz! İstehsalat Birliyi təkcə mart ayında Bakı şəhəri üzrə 5400 abonentə cərimə yazıb. Cərimənin səbəbi kimi qaz sayğacının üzərindəki plombun qırılması göstərilib: “Aktların hamısının tərtibolunma tarixi 30.03.2018-dir. Cərimənin miqdarı 26 milyon kubm.qazdır». Təşkilat sədrinin sözlərinə görə, cərimə tədbiq olunan rayonlar üzrə birinci yerdə Abşeron dayanır.
Abşeron rayonu üzrə -2135 abonent cərimə olunub. Digər rayonlar üzrə göstərici belədir:
Binəqədi – 758
Sabuncu-918
Xəzər- 59,
Nəsimi – 130
Yasamal -140,
Nərimanov- 98,
Sabail -338,
Xətai -200.
Suraxanı – 143
Nizami -285
Qaradağ -150
M.Qəhrəmanlı deyir ki, təşkilata daxil olan məlumata görə, apreldə 20 000 abonentin cərimə olunması tapşırılıb:
“Cərimələr metodiki göstərişlərin 1.4.4. bəndinə zidd olaraq hesablanır. Buna görə də abonentlər bilsinlər ki, qaz sayğacinin icində sayğacin istehsal ili yazilib. Sayğacınızda 2006, 2007,2008,2009,2010,2011,2012-ci illər yazilibsa, artiq o sayğac sərfiyyati cox hesablayir. Qaz idarəsindən həmin sayğacın dəyişdirilməsini tələb etsinlər, kimsə desə ki, az yazir, köhnəlib, ona inanmasınlar. Əks halda coxdan qaz sahəsi üzrə iscilər gəlib acib aparib üstəlik cərimə də yazardilar».
Meydan TV cərimələnən vətəndaşların siyahısını əldə edib. Lakin təhlükəsizlik baxımından onu dərc etmir.
“Azəriqaz” İstehsalat Birliyindən Meydan TV-nin suallarını cavablandırmayıblar.
Tarif (qiymət) Şurası 2016-cı il 28 noyabr tarixində təbii qazın qiyməti üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılması haqda qərar qəbul
edib
. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.