3 aya 1 milyard 620 milyon dollar gəlir əldə olunub
Dövlət Neft Fondu (DNF) “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar blokundan əldə edilən gəlirlərini açıqlayıb.
Fondun məlumatına görə, 2017-ci ilin ilk 3 ayında AÇG yataqları üzrə 1 milyard 620 milyon dollar gəlir əldə olunub.
Bu ilin ilk 2 ayında Fond 993 milyon ABŞ dolları gəlir əldə etmişdi.
Ötən ilin yanvar-may aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan mənfəət neftinin satışı isə Dövlət Neft Fonduna (DNF-yə) 1 milyard 801 milyon dollar vəsait daxil olmuşdu.
2001-ci ildən etibarən cari ilin mart ayının 1-dək AÇG yataqlar blokundan ümumilikdə 123 milyard 102 milyon dollar həcmində gəlir əldə olunub.
“Azəri-Çıraq-Günəşli” blokunda hasilat üzrə saziş 1994-cü ilin sentyabrında bağlanıb.
Layihə iştirakçıları BP (35.78 faiz), “Chevron” (11.27 faiz ), “ExxonMobil” (8 faiz), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz), “Inpex Corp.” (10.96 faiz), “ITOCHU Oil” (4.3 faiz), “Statoil” (8.56 faiz) və TPAO (6.75 faiz) şirkətləridir.