Satışdan 21 milyon dollar gəlir gözlənilir
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ikinci partiya qızıl-gümüş tərkibli xəlitələri saflaşdırılması və satılması məqsədilə “Argor-Heraeus” şirkətinə göndərib.
Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyilir. Bildirilir ki, satışından təxminən 21 milyon dollar gəlir gözlənilir.
72 ədəd qızıl-gümüş tərkibli xəlitənin çəkisi 1283 kiloqramdır. Bunun 16.3 min unsiyasını qızıl, 22.2 min unsiyasını gümüş təşkil edir.
Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti təsis edilib. Cəmiyyətin əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsidir.