1951-ci ilin sentyabrına qədər Çatax kimi tanınan Poladauri kəndində azərbaycanlılar, ermənilər və yunanlar uzun illər birgə yaşayıblar. İndi isə əksəriyyəti azərbaycanlılar olan kənddə az sayda erməni ailə də var.
Kənddə yaşayan ermənilər isə azərbaycandilli mediaya müsahibə vermək istəmədilər, Bildirdilər ki, əgər biz sizə müsahibə versək, dostlarımız bizdən inciyə bilər. Əslində isə kənddəki azərbaycanlılarla mehriban qonşuluqda yaşadıqlarını bildirdilər.
Gürcüstan-Ermənistan sərhədində yerləşən Polaudauridə bir zamanlar azərbaycanlı və ermənilərlə birgə yunanlar da yaşayıb, lakin indi 1-2 nəfər qalıb. Kəndin ortaq dili isə əsasən Azərbaycan dilidir.