Azərbaycan diasporasının nümayəndələri Rusiyadan evə qayıtmaq istəyən azərbaycanlılara quru sərhəddə toplaşmamağı xahiş edir
Azərbaycanda koronavirusla bağlı məhdudiyyətləri
yumşaltmağa
davam edirlər, hərçənd pandemiyanı sərhədin o tayında qarşılayan vətəndaşların bir çoxu yenə də evə qayıda bilmir – onları quru sərhəddən buraxmırlar.
Beləcə, Azərbaycanın Rusiya ilə sərhədi yaxınlığında 400 adam vətənə qayıtmağı
gözləyir
. Azərbaycanın bu vətəndaşları uşaq düşərgəsinin ərazisində yaşayırlar. Yerli hakimiyyət həmin düşərgəni azərbaycanlı miqrantlar üçün müvəqqəti yataqxanaya çevirib. Sərhədi keçmə məhdudiyyətlərini Azərbaycan tərəfi qoyub. Covid-19 epidemiyası ilə bağlı əlamətlər bu ilin yazında vaksinasiya kampaniyası başladıqdan sonra nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına baxmayaraq, Azərbaycan heç də bütün arzu edənləri evə buraxmır.
Rusiya ilə Azərbaycan arasında aviasiya əlaqəsi fevralda bərpa olunub, lakin quru sərhədin açılmasını gözləyən insanların dediklərinə görə, çoxu təyyarə biletinin qiymətinin həddən artıq baha olduğunu düşünür.
Azərbaycan-Rusiya sərhədindəki dəhlizdən geriyə də insan axını mövcuddur. Belə ki, mayın 17-si və 18-i Dağıstandakı “Yaraq-Kazmalyar” beynəlxalq gömrük buraxılış məntəqəsindən Rusiyanın 639 vətəndaşı ölkəyə qayıdıb. Həmin insanlar həmçinin pandemiya səbəbindən Azərbaycan ərazisində qalmalı olmuşdular.
Azərbaycanlıların müvəqqəti yaşadıqları düşərgənin adı “Oqonyok”dur. O, Rusiyanın tərkibində olan Dağıstan Respublikasının Kaytaqsk rayonunda yerləşir. “Kavkazski uzel”in jurnalistləri bu həftə düşərgəyə baş çəkib. Onların gəlişi zamanı burda təxminən 400-ə yaxın Azərbaycan vətəndaşı olub. Rayon administrasiyasının mətbuat xidmətində azərbaycanlıların sayının daima dəyişdiyini qeyd ediblər. Belə ki, bir tərəfdən, onları hər həftə Vətənə göndərirlər, digər tərəfdən, Rusiyanın müxtəlif bölgələrindən yeni-yeni insanlar gəlməkdə davam edir.
Azərbaycanın Diaspora ilə iş üzrə Dövlət Komitəsinin mayın 17-nə olan məlumatlarına görə, koronavirusun yayılması təhlükəsi ilə bağlı sərhədlər bağlandıqdan sonra Rusiyadan Azərbaycana 7 mindən çox azərbaycanlı göndərilib.
Onu da demək lazımdır ki, Rusiyada bu gün yoluxma vəziyyəti Azərbaycandan qat-qat pisdir. Bu günlərdə yerli hakimiyyət
bəyan
edib ki, respublikada hospitala yerləşdirilmiş insanların sayı 3 ay ərzində maksimum həddə çatıb.
Azərbaycan, əksinə, koronavirus
məhdudiyyətlərini
azaldır.
Dağıstan hakimiyyəti təsdiqləyir ki, miqrantlar üçün nəzərdə tutulmuş düşərgədə yoluxma vəziyyəti əsaslı şəkildə nəzarət altındadır: “Hər gün termometriya həyata keçirilir, FHN hər gün korpusu dezinfeksiya edir”, – uşaq sağlamlıq düşərgəsinin direktoru Maqomedsalam Xalilov xəbər verib.
Mahaçqala azərbaycanlılarının Milli-mədəni muxtariyyəti sədrinin müavini Eldar Osmanov həmyerlilərinə müraciətində Rusiya-Azərbaycan sərhədində məhdudiyyətlər aradan qaldırılanadək onların Dağıstana gəlməməsini xahiş edib. “Sizə demək istəyirəm ki, Dağıstan çoxlu sayda Azərbaycan vətəndaşını qəbul etməyə və yerləşdirməyə hazır deyil”, – “Novoye delo” iyunun 19-u Osmanovun müraciətindən sitat gətirib.
Eldar Osmanov həmçinin artıq düşərgəyə gəlmiş azərbaycanlıları sanitar və ictimai təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb, dərcdə qeyd edilir.
Azərbaycan 2020-ci ilin aprelində pandemiya səbəbilə Rusiya ilə sərhədi bağlayıb. Evə buraxılmayan azərbaycanlılar sərhəddə yerləşən Kular qəsəbəsi yaxınlığındakı çadır düşərgəsində məskən salmalı olublar. Bir çoxu üçün çadır gecələmək üçün yeganə mümkün yer olub – insanların nə ev tutmaq üçün pulları, nə də onlara Dağıstanda sığınacaq verəcək tanışları, qohumları var. Xeyli adam bir neçə ay çadırda yaşamaq məcburiyyətində qalıb, onlar ədalətsiz qərarlardan
şikayətləniblər
– çox vaxt Azərbaycana, nəhayət, növbəsi gəlib çatanları deyil, “hörməti” olanları buraxıblar. Bu ədalətsizliyə etiraz etməyə cəhd göstərən çadır şəhərciyinin sakinləri etiraz aksiyaları keçirib (bəzən bu aksiyalar
polislə toqquşmaya
çevrilib) və hətta
aclıq elan edib
. Hüquq müdafiəçiləri bəyan ediblər ki, Azərbaycanın öz vətəndaşlarının evə qayıtmalarını ləngitməyə haqqı yoxdur. Odur ki, Kulların məcburi sakinlərinin İnsan Haqları üzrə Avropa Məhkəməsinə
iddia ərizəsi
vermək üçün bütün əsasları var.