Azərbaycanlılar kütləvi qətl törətməkdə günahlandırılır

Onların 6 nəfəri öldürdükləri bildirilir

Source:
foto: arxiv
foto: arxiv


Onların 6 nəfəri öldürdükləri bildirilir

Kütləvi qətl törədən azərbaycanlı ömürlük həbs edilib. Mahmadali Ahmadov, Roman Fətəliyev, Orxan Zöhrabov və İslam Babayev Rusiyanın Samara vilayətinin keçmiş polis rəisi Andrey Qoşt və ailəsini qətlə yetirməkdə günahlandırılırlar. Məlumatı “RİA Novosti” yayıb.

Xəbərə görə, Mahmadali Ahmadovla Roman Fətəliyev ömürlük, Orxan Zöhrabov 26, İslam Babayev isə 25 illik həbs edilib.

Onlardan 3 nəfəri Azərbaycan, Mahmadali Ahmadovsa Tacikistan vətəndaşıdır.

Fevralın 10-da keçirilən məhkəmə prosesində prokuror onlardan ikisinə ömürlük həbs cəzası istəmişdi.

İstintaq Samara vilayətinin Şiqonsk rayonunda yaşayan Ahmadovla Fətəliyevin mütəşəkkil cinayətkar dəstə yaratdığı və Sızrani şəhərindən olan tanışları Babayevlə Zöhrabovu dəstəyə cəlb etdikləri qərarına gəlib.

Aprelin 24-də onlar oğurluq məqsədilə Qoştun İvaşevka kəndindəki evinə giriblər. Ailənin yatmış üzvlərinə xüsusi taxta dəyənəklərlə zərbələr endiriblər. 2 kişi və 4 qadını öldürdükdən sonra dəyərsiz bir neçə əşya götürərək evdən çıxıblar.

Tərcümə: Azadlıq Radiosu

Ana səhifəXəbərlərAzərbaycanlılar kütləvi qətl törətməkdə günahlandırılır