Azərbaycanlılar Almaniyada yeni təşkilat yaratdılar

Avqustun 23-də Almaniyada azərbaycanlılardan ibarət yeni təşkilat təsis edilib.

Source:

Dünən Almaniyanın Nürnberg şəhərində azərbaycanlılardan ibarət Avropa Demokratiyaya Dəstək Alyansı adlı yeni təşkilat təsis edilib. Təşkilatın təsis yığıncağını Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlı giriş sözü ilə açaraq təşkilatın nizamnaməsini yığıncaq iştirakçılarına təqdim edib. Müzakirələrdən sonra təşkilatın nizamnaməsi yekdilliklə qəbul olunub. Daha sonra təşkilatın İdarə Heyətinin 13 üzvü seçilib. İdarə Heyətinin üzvlərinin seçkisindən sonra Tural Sadıqlı səs çoxluğu ilə İdarə Heyətinin sədri seçilib.

Təşkilatın nizamnaməsində göstərilir ki, ADDA-nın əsas məqsədi demokratik təşəbbüslərin inkişaf etdirilməsi və insan haqlarının qorunması sahəsində beynəlxalq və lokal proseslərə kömək etməkdən ibarət olacaq. Bu barədə məlumatı təşkilatın həmtəsisçisi və İdarə Heyətinin sədri seçilmiş Tural Sadıqlı məlumat verib. Onun sözlərinə görə, təşkilat beynəlxalq miqyaslı və daimi əsaslarla fəaliyyət göstərən birlikdir: “Avropa Demokratiyaya Dəstək Alyansı beynəlxalq miqyaslı qurumdur və bütövlükdə Azərbaycandakı heç bir siyasi partiyanın maraqlarına xidmət etmir. Məqsədimiz diktatura və avtoritar quruluşlu, kütləvi şəkildə söz azadlığının boğulduğu, insan haqlarının pozulduğu, əqidəsinə, siyasi görüşünə görə insanların yarqılandığı cəmiyyətlərdə Avropa demokratik dəyərlərinin inkişafına dəstək verməkdən ibarətdir. Yığıncağımızda iştirak edən və bizə dəstək olan hər kəsə təşəkkür edirik. Birliyimiz gücümüzdür, gücümüz isə təsir imkanlarımız deməkdir”.

Ana səhifəXəbərlərAzərbaycanlılar Almaniyada yeni təşkilat yaratdılar