Azərbaycanlılar Almaniyada Ağdamın işğal günü ilə bağlı aksiya keçirdilər

BMT-nin ofisi önündə təşkil olunmuş tədbirin sonunda bəyanat səsləndirilib

Source: Meydan.tv

İyulun 20-də azərbaycanlı mühacirlər BMT-nin Almaniyanın Bonn şəhərindəki ofisinin qarşısına toplanıblar. Tədbiri Avropada yaşayan ağdamlılar Ağdam rayonunun işğalının növbəti ildönümü münasibətilə təşkil ediblər.

Ağdam rayonu 23 iyul 1993-cü ildən Ermənistan tərəfinin işğalı altınadır.

Aksiyanın təşkilatçılarından Rafiq Təmrazovun Meydan TV-yə verdiyi məlumata görə, tədbirə Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, əsasən ağdamlılar qatılıblar:

“Təxminən 70-dək insan 2 saata yaxın BMT-nin ofisinin qarşısında mitinq keçirdi. Əsasən Qarabağın işğalında Ermənistanın xüsusi rolu, Rusiyanın dəstəyi, BMT-nin Qarabağın işğalı ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi məsələsi diqqətə çatdırıldı. Eyni zamanda Qarabağ probleminin həllinə mane olan qüvvələrdən danışıldı, Rusiyanın mövqeyi səsləndirildi, Azərbaycan hakimiyyətinin rolu, etdiyi yanlışlıqlar sadalandı”. Tədbirdə Demokratik Azərbaycanı Seç (DAS), AND, Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) təşkilatlarının üzvləri, eləcə də Qarabağa Azadlıq Təşkilatının sədri Akif Nağı, keçmiş döyüşçülər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

R.Təmrazovun sözlərinə görə, sonda aksiya iştirakçılarının BMT-yə ünvanlanmış bəyanatı səsləndirilib. Qarabağın Azərbaycan torpağı olması, problemin tezliklə həllinin vacibliyi bəyanatda vurğulanıb.

D9B1FE30-3E0B-476B-8416-B0E06183E87F.jpeg
Azərbaycanlılar Almaniyada Ağdamın işğal günü ilə bağlı aksiya keçirdilər
5DA9DD83-C966-47B2-AC07-16C2CC8153EB.jpeg
Azərbaycanlılar Almaniyada Ağdamın işğal günü ilə bağlı aksiya keçirdilər
Ana səhifəXəbərlərAzərbaycanlılar Almaniyada Ağdamın işğal günü ilə bağlı aksiya keçirdilər