Azərbaycanlı yüngül atlet Türkiyənin ən yaxşı idmançısı adını qazanıb

”Qarabağ” klubuna xüsusi mükafat verilib

Source:
Ramil Quliyev
Ramil Quliyev


”Qarabağ” klubuna xüsusi mükafat verilib

Türkiyədə “Milliyyət” qəzetinin hər il ənənəvi olaraq müxtəlif idman sahələrində nailiyyətlər əldə etmiş idmançıların təltif olunması mərasimi baş tutub.

Mükafat adətən Türkiyəni təmsil edən idmançı və klublara aid olsa da, bu dəfə qəzet Azərbaycandan olan futbol klubunu da istisna hal kimi mükafatçılar sırasında daxil edib.

Azərbaycanın futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubu il ərzində görkəmli nailiyyətlərə görə ən yaxşı klub nominasiyasında namizədlərdən biri idi. Nominasiyanın qalibi Türkiyənin basketbol üzrə “Fənərbaxça” klubu olsa da, “Qarabağ” klubuna jürinin xüsusi mükafatı verilib. Mükafat klubun baş məşqçisi Qurban Qurbanova təqdim edilib.

“Qarabağ” klubu 2017-2018-ci il mövsümü üçün Çempionlar Liqasının qrup mərhələsində İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko”, İtaliyanın “Roma” klubları ilə mübarizə aparıb və debüt ilində 2 xal toplaya bilib.

Türkiyədə ilin ən yaxşı idmançısı nomiyasiyasında isə, əslən azərbaycanlı olan, lakin Azərbaycanın Milli Olimpiya Komitəsi tərəfindən diqqətdən kənar qaldığı üçün Türkiyəyə köçərək bu ölkənin yığmasının şərəfini qoruyan yüngül atlet Ramil Quliyev qalib gəlib.

O, 2017-ci ildə 200 metrəyə qaçış üzrə Türkiyə bayrağı altında dünya çempionu olub.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə buraxılan səhvi etiraf etmək əvəzinə, R.Quliyev dünya çempionu adını qazandığı günün səhərisi mətbuatda onun ünvanına sərt tənqidlərini davam etdirib.

Ana səhifəXəbərlərAzərbaycanlı yüngül atlet Türkiyənin ən yaxşı idmançısı adını qazanıb