İlk günlərdən oxucuların əsərə böyük marağı var
”Éditions Caspienne” nəşriyyatında 3 min tirajla nəşr olunan “Gilə”, Fransanın məşhur “Kleber” kitab mağazaları şəbəkəsi başda olmaqla, bir çox kitabçıda satışa təqdim olunub.
”Éditions Caspienne” nəşriyyatının nümayəndəsi, Fransada yaşayan digər azərbaycanlı yazıçı Nicat Kazımov, artıq ilk günlərdən oxucuların “Gilə”yə böyük maraq duyduqlarını, satışların səviyyəsindən də razı qaldıqlarını bildirir.
“Éditions Caspienne” Fransada əsasən Azərbaycan və Türkiyə ədəbiyyatının təbliğini həyata keçirmək, eyni zamanda da gənc fransız yazıçıların əsərlərini tanıtmaq məqsədi ilə qurulmuş nəşriyyatdır.
Mövzuya dair yazıçı Əli Əkbərdən münasibət öyrənmək mümkün olmadı.