Azərbaycanlı violonçel ifaçısı Böyük Britaniyada çıxış edəcək

Konsertdə L.V.Bethoven, S.Frank, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.

Source: Specify Source


Camal Əliyevi fortepianoda Maksim Stsura müşayiət edəcək

Fevralın 19-da violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada Dorset Qraflığında yerləşən muzeydə çıxışı olacaq.

Camal Əliyevi fortepianoda Maksim Stsura müşayiət edəcək.

Konsertdə L.V.Bethoven, S.Frank, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.

Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib.

O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

Maksim Stsura fortepiano üzrə beynəlxalq müsabiqələr laureatıdır. O, “Amadeus” kamera orkestri, Estoniya Milli Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestri ilə solist kimi çıxış edib.

Ana səhifəMədəniyyətAzərbaycanlı violonçel ifaçısı Böyük Britaniyada çıxış edəcək