Ukraynada Avropa Birliyi Şərq Tərəfdaşlıq ölkələri (Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna) mədəni müxtəliflik mükafatı olan “ADAMI” media mükafatlarının təqdimat mərasimi keçirilib.
AzadlıqRadiosunun məlumatına görə, mərasimdə Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynada yaradılmış, inteqrasiya, miqrasiya, həmçinin etnik, dini və mədəni müxtəliflik mövzusunda ən yaxşı televiziya proqramları, onlayn proqramlar və filmlərə mükafat təqdim olunub.
Gürcüstandan sənədli film nominasiyasında təqdim olunan “Qadağan olunmuş dostlar” da “ADAMI” media mükafatını qazanıb. Bu haqda “ADAMI” media mükafatının sosial şəbəkədəki səhifəsində məlumat
verilir
.
Gürcüstanda fəaliyyət göstərən
“Chai-khana”
layihəsi çərçivəsində çəkilmiş sənədli film Ermənistan-Azərbaycan arasındakı Dağlıq-Qarabağ münaqişəsi fonunda azərbaycanlı yazar və jurnalist
Günel Mövludla
, erməni jurnalist
Edita Badasyan
arasındakı dostluqdan bəhs edir. Günel Mövludla Edita Badasyan müharibəyə iki xalqın gözü ilə baxmağa çalışırlar.
Keçən il Azərbaycan üzrə həmin mükafatı gənc rejissor
Oktay Namazov
“30 ailə” filminə görə almışdı.
(embedded content removed)
Forbidden Friends
from
Chai Khana
on
Vimeo
.