Azərbaycana məxsus aviaşirkətin əməkdaşı təyyarənin yük yerində Almaniyaya gedib
Bu barədə Almaniyanın “focus.de” saytı
məlumat yayıb
.
Sayt yazır ki, həmin şəxs dekabrın 8-də, günün ikinci yarısında Frankfurt-Han hava limanında uçuş-enmə zolağında saxlanılıb. 40 yaşlarında olan kişinin üzərində heç bir sənəd və yük olmayıb. O, federal polisə təslim edilib.
Onun aviaşirkətdə çalışdığı məlum olub. Dindirilmə zamanı deyib ki, yüklər təyyarəyə yerləşdirilərkən yük yerində gizlənib. O, Almaniyada daha yaxşı həyata ümid etdiyini söyləyib.
Sayt onun barəsində sərhədin qeyri-qanuni keçilməsi maddəsi ilə cinayət işinin başladıldığını yazır.