Azərbaycanlı tarixçi Stalin repressiyalarından yazdı

Müəllifin Stalin repressiyalarına marağı həmin hadisələrə, habelə ayrı-ayrı dövlət xadimlərinin roluna tamamilə zidd baxışlar və qiymətlərdən irəli gəlib

Source:


Müəllifin Stalin repressiyalarına marağı həmin hadisələrə, habelə ayrı-ayrı dövlət xadimlərinin roluna tamamilə zidd baxışlar və qiymətlərdən irəli gəlib

Moskvanın “ROSSPEN” nəşriyyatı tarixçi-sovetşünas Eldar İsmayılovun “Azərbaycanda “böyük terror” tarixi” kitabını nəşr edib.

Professor E.İsmayılov (1950-2014) Azərbaycan və Rusiyanın ən yeni tarixi dövrlərinə həsr olunmuş 10 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir.

Bu monoqrafiya sovet tarixinin ən dramatik dövrün – Azərbaycanda 1936-1938-ci il Stalin repressiyalarına həsr edilib.

Azərbaycan tarixşünaslığında indiyədək Stalin repressiyaları dövrünün kompleks şəkildə araşdırması yoxdur. Bu nöqteyi-nəzərdən bu iş mövcud boşluğu doldurur.

Müəllifin Stalin repressiyalarına marağı həmin hadisələrə, habelə ayrı-ayrı dövlət xadimlərinin roluna tamamilə zidd baxışlar və qiymətlərdən irəli gəlib.

Azərbaycan və Rusiya Federasiyası arxivlərindən bir çox sənədlər əsasında Eldar İsmayılov Stalin repressiyalarını təhlil edir və onların Azərbaycandakı xüsusiyyətlərini açır.

“Böyük terror” əsl faciə olub və ölkənin gələcək inkişafında dərin iz buraxıb.

Kitab professor Cəfər Cəfərovun və Elçin Ağakişiyevin dəstəyi ilə nəşr olunub.

Məlumatı Meydan TV-yə mərhum tarixçinin yaxınları verib.

Ana səhifəXəbərlərAzərbaycanlı tarixçi Stalin repressiyalarından yazdı