Azərbaycanlı siyasi mühacir Almaniyanın 34 şəhərində təkbaşına aksiyalar keçirib

Samir Qasımovun keçirdiyi aksiya barədə alman mətbuatında dərc edilən məqalədə qeyd olunur ki, o 6 ildir ki, Almaniyada yaşayır və ölkəsinin demokratikləşməsi üçün İlham Əliyev rejiminə qarşı mübarizə aparır.

Source: meydan tv


''Azərbaycandakı siyasi məhbus problemini gündəmdə saxlamaq xaricdə yaşayan azərbaycanlıların üzərinə düşən məsuliyyətdir''

Azərbaycanlı siyasi mühacir, müsavatçı Samir Qasımov siyasi məhbus problemini bütün Almaniyaya göstərmək niyyətindədir.

Meydan TV-nin Almaniya bürosuna verilən xəbərə görə, o, ölkənin 34 şəhərində təkbaşına etiraz aksiyasi keçirərək, Azərbaycandakı siyasi məhbus və insan haqları problemini bu ölkənin mətbuatının və ictimaiyətinin diqqətinə çatdırmağa nail olub.

whatsapp_image_2019-06-06_at_08.48.12.jpeg
Nürnberg şəhəri

Samir Qasımovun keçirdiyi aksiya barədə alman mətbuatında dərc edilən məqalədə qeyd olunur ki, o 6 ildir ki, Almaniyada yaşayır və ölkəsinin demokratikləşməsi üçün İlham Əliyev rejiminə qarşı mübarizə aparır.

Bütün aksiyalar şəhərlərin bələdiyyə binalarının qarşısında baş tutub. Samir Qasımov aksiyalarda şüarlarını alman dilində səsləndirib. Siyasi mühacir deyib ki, Azərbaycandakı anti-demokratik rejim, siyasi məhbus problemi Qərb dairələrinin diqqət mərkəzindədir və bunu da daim gündəmdə saxlamaq xaricdə yaşayan azərbaycanlıların üzərinə düşən məsuliyyətdir:

“Əgər aksiyalar xarici mətbuatda işıqlanarsa, Azərbaycandakı siyasi məhbus probleminin həllinə böyük töhvə verər. Xarici mediada işıqlanması üçün isə biz mühacirlər yorulmadan etirazlarımızı göstərməliyik”.

whatsapp_image_2019-06-06_at_08.45.41.jpeg
Alman mediası
Ana səhifəXəbərlərAzərbaycanlı siyasi mühacir Almaniyanın 34 şəhərində təkbaşına aksiyalar keçirib