Azərbaycanlı siyasi məhbuslara Andrey Saxarov mükafatı verilib

Ales Bialiatski: “Bir vaxtlar mənim şəklim burada idi”

Source:


Ales Bialiatski: “Bir vaxtlar mənim şəklim burada idi”

Noyabrın 13-də Oslonun “Bristol” otelində Andrey Saxarov Azadlıq Mükafatının təqdimat mərasimi keçirilib. Norveç Helsinki Komitəsinin təsis etdiyi mükafat bu il Azərbaycandakı siyasi məhbuslara verilib.

Təqdimatda  belaruslu hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Ales Bialiatski çıxış edib.

Təqdimetmədə NİDA Vətəndaş Hərəkatını təmsil edən  Ülvi Həsənlinin “Facebook” səhifəsində yazdığına görə, mərasimi Norveç Helsinki Komitəsinin icraçı direktoru açıb, Azərbaycandakı vəziyyətdən, siyasi məhbuslardan danışıb.

Sonra da İntiqam Əliyevə dəstək olaraq, onun şəkli olan köynəyi geyinib. “Bir vaxtlar mənim şəklim burada idi”, – deyə, hüquq müdafiəçisi qeyd edib.

Mükafat  təqdimatda iştirak edən məhbus ailələrinə təqdim olunub. (TURAN İA)

Ana səhifəXəbərlərAzərbaycanlı siyasi məhbuslara Andrey Saxarov mükafatı verilib