"Mövsümün sonu” (“End of Season”) filmindən kadr

Mənbə: google.az

Başlıq: "Mövsümün sonu” (“End of Season”) filmindən kadr

Azərbaycanlı rejissor Kim Ki Duk ilə yarışacaq

Məqalə yeniləndi:  4 Oktyabr 2019

Qalibə səkkiz min dollar məbləğində pul mükafatı təqdim olunacaq

Azərbaycanlı rejissor Elmar İmanovun “Mövsümün sonu” (“End of Season”) filmi növbəti beynəlxalq festivalda nümayiş olunacaq.

Ekran işi Qazaxıstanın Almatı şəhərində artıq ikinci dəfədir keçirilən beynəlxalq “Almaty Film Festival” adlı müsabiqədə təqdim olunan 11 filmlə mübarizə aparacaq.

Festivalın rəsmi saytında qeyd olunur ki, “Mədəniyyətlərin qovuşması” adlandırılan əsas müsabiqə proqramında Rusiya, Gürcüstan, Fransa, Almaniya, Yunanıstan, İsveç, Bolqarıstan, Slovakiya, Çexiya, Fələstin, Türkiyə, Qətər və bir sıra ölkələrin müştərək istehsal etdiyi filmlər iştirak edir.

Müsabiqədə yarışan filmlər arasında dünyada məşhur Cənubi Koreya rejissoru Kim Ki Dukun rus dilində çəkdiyi yeni “Rастворяться” filmi də var. Ekran işi Qazaxıstanla Koreyanın müştərək istehsalıdır.

Sentyabrın 14-dən başlayan festival bu ayın 20-dək davam edəcək

Sentyabrın 14-dən başlayan festival bu ayın 20-dək davam edəcək

Mənbə: google.az

Sentyabrın 14-dən başlayan festival bu ayın 20-dək davam edəcək. Qalibə səkkiz min dollar məbləğində pul mükafatı təqdim olunacaq.

“Mövsümün sonu” dramının əsas mövzusunu orta yaşlı ata-ana və oğuldan ibarət ailə daxilindəki münasibətlər təşkil edir.

Filmdə aktyorlar İlqarə Tosova, Zülfiyyə Qurbanova, Rasim Cəfər, Qurban İsmayılov, Mövsüm Mirzəzadə və başqaları çəkiliblər.

Rejissorun “Tabutçunun yelləncəyi” qısametrajlı Amerika Kino Akademiyasının tələbə Oskarı ilə mükafatlandırılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u6wcl5

Ən çox baxılan