Azərbaycanlı qızın ölümünü əsərə çevirən Argentinalı rəssam

Təhlükəli ölkələrə xüsusi marağı olan səyyah rəssamın Azərbaycan barədə bildikləri və arzuları

Source:



– Arturo,



özün barərə nə deyə bilərsən? Həyatın, yaşadığın ölkə, özün…

– Mən şairəm və qısa hekayələr yazıram. Hazırda daha geniş bədii əsər üzərində işləyirəm. Eyni zamanda rəsm  çəkirən. Rəsm bir növ hekayə kimidir.

Mən Karib dənizində, Venesuelanın yanında yerləşən Aruba adasında doğulmuşam. Valideynlərim adaya mühacir və sürgün kimi gəliblər və bu torpaqlara yad idilər. Mənim atam və atamın atası Argentinalı musiqiçi idilər və Argentinada diktarorluq zamanı Arbubaya mühacirət etmişdilər. Anamın valideynləri isə Şərqi Avropa yahudiləri idi və ikinci dünya müharibəsi dövründə mühacirət etmişdilər.

Mən Arubada doğulub, böyümüşəm. Burada post-ideoloji, materialistic bir cəmiyyat formalaşıb. Çoxlu social problemlər mövcuddur, lakin, insanlar nə tarixdə nə də tənqidi düşüncədən xəbərdardılar. Aruba adası mənim uzun müddət yaşadığım Argentinanın tam əksidir. Mən düşünrəm ki, əgər hər hansı bir qeyri-Avropa cəmiyyıti yeni iqitsiadi system tərəfindən tamamilə məğlubiyyətə uğrayarsa, o Arubaya çevriləcəkdir.

Bir ildir ki, Argentinada yaşayıram. Daha əvvəl isə Niderland, Tunis kimi ölkələr də daxil olmaqla bir çox ölkədə köçəri kimi yaşamışam. 20 yaşım olanda, təkbaşıma Nİderlanda gəlmişdim. 26 yaşımda isə Hollandlarla uğursuz sevgi macəramdan azad olub inqilablar baş verən ölkələri səyahət etməyə başladım. Həddən artıq təhlükəli ölkələrə səyahət edirim və bunun səbəbi ruhumu qidalandırmaq idi. Argentinada yaşadığım yer isə “Konstitusion” adlanan və paytaxt Buenos Airesdə yerləşən gecəqondular məhəlləsidir. Mənim nənəm və babam burada yaşıyırdı. Uşaq vaxtı onları ziyarət edəndə, buralar hələ ki, yaxşı vəziyyətdə idi. Bu gün isə yoxsulluq baş alıb gedir. Fahişəlik və cinayət yuvasıdır. Mənə isə əslində daha sakit və rahat bir yer lazımdır.

Orta Şərqlə həmişə maraqlanmışam. 27 yaşım olanda inqilabın başladığını görüb, Tunisə yollandım. Necə ki 1920-ci illərdə yazıçı və sənət adamları İspaniyaya gedirdilər, mən də ərəb cəmiyyətini inqilab ərəfəsində görmək istəyirdim. Hərçənd İspaniyadakı üsyan bir az fərqli idi. Mən hiss edirəm ki, səyahətlərim artıq mənim yazılarıma, sənətimə və siyasi şüuruma töhfə verir. Mark Tven deyirdi ki “səyahət qərəz üçün öldürücüdür” və bilirəm ki, o haqlı idi.

 –

Azərbaycanla ilk tanışlığın hardan başladı?

 – Mənim Azərbaycanla ilk tanışlığım Qurban Said adlı psevdonimlə yazılmış “Əli və Nino” romanını oxuduqda sonra yarandı. Sonra, bunu Azərbaycana səyahət etmiş Avstriyalı yazar Lev Nissenbaum-la əlaqələndirdilər, amma bu yaxınlarda da belə eşitdim ki, bu da yalan məlumat imiş və əsəri hansısa başqa Azərbaycanlı müəllif  yazıbmış. Təbii ki, Azərbaycandakı reallıqlarla ilk tanışlığım bir Azərbaycanlı dostum  vasitəsilə oldu. Biz birlikdə universitetdə oxuyurduq. Mən onun bizim siyasət və fəlsəfə söhbətlərimiz zamanı mənə söylədiyi hərəkatlar barədə maraqlanırdım. Düşündüm ki, bir gün Azərbaycana gedərəm.



Bu ölkə ilə bağlı sənə maraqlı gələn nədir?

– Məni çox şey maraqlandırır. Sovet keçmişi, Orta Şərqə yaxın mədəniyyət, Slavyanlarla yaxın Şərqin kəsişdiyi ərazilər. Mənim Qafqazın digər bölgələrindən də dostlarım var və ümumiyyətlə post-sovet ölkələri məni maraqlandırır. Mənə həmişə maraqlı gəlib, necə oldu ki Qərb iqtisadi sistemini qəbul edəndən sonra bu ölkələrdə azadlıq əvəzinə xəyalların puç olması baş verdi. Mən həm də Slavyan və Yaxın Şərq dünyasına ona görə maraq göstərirəm ki, babalarımın bəziləri həmin bu torpaqlardan Cənubi Amerikaya mühacirət etmişdilər.



Amma sən Azərbaycana xüsusi maraq göstərirsən…

– Azərbaycana olan xüsusi marağım oradan olan dostlarım və oradakı gənc hərəkatları ilə bağlıdır. Mənə post-sovet ölkələrində totalitar repressiyalara baxmayaraq bəzi insanların sosialist sistemdən qalma mədəniyyət və sosial nümunələri, teatr və yüksək ədəbi duyum, təhsil standatları, həyata qeyri-materialist baxış kimi dəyərləri qoruyub saxlamaq üçün vuruşmaları maraqlı gəlir. Təbii ki, mən onların qələbə çalmalarını arzu edirəm. Yoxsa mənim üçün, ümumiyyətlə bütün sənət adamları, yazıçı və rəssamlar üçün böyük itki olardı. Biz çətin dövrdə yaşayırıq. Hər yerdə, istər Qərb olsun, istər Cənub, istərsə də Şərq, elə bir rejim mövcuddur ki, o bütün formada dəyərlər sisteminə qarşıdır. Lakin, bu formada yadlaşmanı zamanla, aydın şəbəkələr formalaşdıran və ideyaları olan hərəkatların köməyi ilə məğlub etmək mümkündür . Müqavimət hərəkatları məni ona görə ruhlandırır ki, bunda gələcəkdə mövcud olacaq yeni repressiv sistemlərə qarşı müqavimət göstərə biləcək potensial görürəm. Mən özüm Azərbaycanda olmasa da, özümün daha yaxşı tanıdığım yerlərdə isə sənətdə və siyasətdə yadlaşmaya qarşı mübarizə aparıram.


– Azərbaycandakı hərəkatlar barədə nə deyə bilərsən?

– Dissident şəbəkələrinizdən öyrəndiklərimə əsasən deyə bilərəm ki, sizin hərəkatlar həqiqətən də özünü müəyyən ideyalar ətrafında formalaşdırmaqdadır. Maarifləndirmək, institutlar, mədəni və intellektual güc yaratmaqdadır. Bu, insanları kor-koranə küçələrə səsləyən və sistemi bugün Libya yaxud Misirdə olduğu kimi forma olaraq dəyişəcək ənənəvi kütləvi etiraz aksiyaları deyil. Hərçənd ki, belə etiraz aksiyaları Qərbdə də baş verir, sadəcə Qərb jurnalistlərinin ərəb dünyası barədə reportaj hazırlaması xoşlarına gəlir. Bu günlərdə də Ukraynanın gündəmi zəbt etdiyini görürük. Onlar da AB-ə qoşulmaq istəyirlər. Qısası, biz sentimentallıq üzərinə köklənmiş və qurma populism xarakterli etirazların qlobal vüsət aldığı bir dövrdə yaşayırıq və sənət adamları mütləq tənqidi mövqelərini saxlamalı və yadlaşmaya qulluq etməməlidirlər. Ziyalılar həm hökümətləri həm də kütləvi hərəkatları tənqid etməlidirlər.

Azərbaycandakı şəbəkə eyni zamanda müəyyən bir mədəniyyət və sosial birlik yaratmaq, kitablar tərcümə etmək kimi işlərlə məşğul olur. Bu məni sevindirir. Məsələn mən bunu orta əsrlərdə maarifçi keşişlərin ərəbcə və digər dillərdən Latıncaya kitabları tərcümə etmələri ilə müqayisə edirəm. Bəlkə də bu, axmaq müqayisədir.


– Gənc fəal Nilufərin hekayətini hardan öyrənmişdin?

– Azərbaycanlı bir dostum mənə onun hekayəsini və ölümünü danışmışdı.


– Azərbaycanla bağlı yeni planların varmı?

Mütləq bir gün Azərbaycanı görmək istərdim. Bəkə də Novruz ərəfəsində. Haqqında çox az şey bildiyim mədəniyyətinizi və cəmiyyətinizi daha yaxından tanımaq istərdim.

Mən ümumiyyətlə Qafqaz barədə demək olar ki, çox az şey bilirəm. Ermənistan, Azərbaycan və Gürcüstan mənim üçün çox maraqlıdır. Bir də İranı mütləq görmək istərdim.

Ana səhifəXəbərlərAzərbaycanlı qızın ölümünü əsərə çevirən Argentinalı rəssam