Azərbaycanlı Qazaxıstana olimpiya qızılı qazandırdı

Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq. çəki dərəcəsində qalib olub

Source:


Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq. çəki dərəcəsində qalib olub

Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına qızıl medal qazandırıb.

“Report”un məlumatına görə, 23 yaşlı idmançı bu nailiyyətə 77 kq. çəki dərəcəsində nail olub.

O birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib. Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın “Rio-2016″da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.

Gümüş medala eyni nəticə ilə çinli Siaojun Lyu (177 kq + 202 kq) sahib çıxıb. Bürünc medalı isə misirli Mohamed Mahmud 361 kq (165 kq + 196 kq) əldə edib.

Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq. çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul və bu ölkəni təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq. çəkidə dünya çempionluğu qazandırıb.

Nicat Rəhimov 1993-cü ildə Bakıda anadan olub.

Nicat Rəhimov Azərbaycanın ağırlıqqaldırma təsərrüfatında baş verən problemləri qabartdığına görə, təzyiqlərə məruz qalmış, yığma komandadan uzaqlaşdırılmışdı. Bu təzyiqlər ucbatından Rəhimov Qazaxıstan yığmasının şərəfini qorumağa üstünlük vermişdi.

Ana səhifəXəbərlərAzərbaycanlı Qazaxıstana olimpiya qızılı qazandırdı