Onlar Qiyas İbrahimov, Mehman Hüseynov, İlqar Məmmədov və digərlərinə azadlıq istəyiblər
Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər Strasburqda Avropa Şurasının binası qarşısında aksiya keçiriblər.
AŞ binasında aprelin 24-də AŞPA-nın yaz sessiyası açılır.
Aksiya iştirakçıları Avropa parlamentarilərindən Azərbaycanda siyasi məhbusların azad edilməsi məsələsini qaldırmağı tələb edib. Onlar Qiyas İbrahimovun, Mehman Hüseynovun, İlqar Məmmədovun və digər siyasi məhbusların adlarını səsləndiriblər.
Aksiya iştirakçıları həmçinin korrupsiya və Azərbaycan hakimiyyətinin 2013-cü ildə Kristofer Ştrasserin siyasi məhbuslar haqqındakı məruzəsinin qəbul edilməməsinə səbəb olan bir sıra AŞPA üzvlərini öz tərəfinə çəkməsi faktlarının araşdırılmasını tələb ediblər.