Azərbaycanlı model hərbçi: Cazibədar qadın, yazıçı və döyüşçü

Gözəllik müsabiqəsinin qalibi Tehranə Bəhruzi indi öz rəhbəri, müdafiə naziri Zakir Həsənova mədhiyyə yazıb

Source:


Gözəllik müsabiqəsinin qalibi Tehranə Bəhruzi indi öz rəhbəri, müdafiə naziri Zakir Həsənova mədhiyyə

yazıb

Azərbaycanın müdafiə naziri haqqında yazdığı “Zakir Həsənov: İdeal nazir” adlı yeni kitabının təqdimatında.

Hərbçinin gözəllik müsabiqələrində iştirakı, eləcə də riskli fotosessiyalar etdirməsi, xüsusilə də müsəlman ölkəsində hər gün rast gəldiyimiz hadisə deyil. Ancaq Azərbaycan ordusunun Xüsusi Təyinatlı Dəstəsində xidmət edən Tehranə Bəhruzi bunu öz kariyerasına çevirib. İndi o, Azərbaycan ordusunda fəaliyyət göstərən bir qadın kimi öz kariyerası haqqında kitab da yazıb.

Tehranə Bəhruzi həm müharibə, həm də gözəllik cəbhələrində uğur əldə edərək medianın gündəminə çevrilib. O, ağır atletika yığma komandasının tərkibində həm kamuflyajlı, həm də ənənəvi qadın geyimləri ilə idman edərkən fotosessiya etdirib. 2015 ci ildə isə “II Vice Mrs. Top of the World – 2015” (Dünyanın ikinci top modeli Mrs 2015) titulunun sahibi olub. Yarışmanın qabiliyyət bölümündə döyüş sənətləri üzrə öz qabiliyyətini nümayiş etdirib.

Son zamanlarda isə Bəhruzi “Zakir Həsənov: İdeal nazir” adlı nəsr əsəri ilə diqqətləri öz üzərinə cəlb edə bilib.

Müəllif kitabın bir cildində hərbidə keçdiyi yoldan bəhs edir və militarizmə və avtoritar rejimə məğlub olan ölkənin müdafiə nazirini mədh edir.

“Hər bir insan ona yol göstərən parlaq ulduzu haqqında fikirləşir. Mənim fikrimcə, bu işıq Zakir Həsənovdur” – Bəhruzi “Sputnik”ə açıqlamasında belə deyib.

“O, Azərbaycan ordusunun tərkibində qadınların xüsusi dəstəsini yaradan şəxsdir və indi hərbi xidmət xaricində özümü heç bir sahədə xəyal edə bilmirəm”.

Bəhruzinin sözlərinə görə, onun kitabında gender rolları ilə bağlı mühafizəkar fikirlərin aradan qaldırılmasına qarşı çıxan bir ölkədə və regionda qadınların orduda xidmət göstərməsinin necə bir təcrübə olması barədə maraqlı məqamlar var.

Ancaq nazirin ad günü hədiyyəsi kimi təqdim olunan kitabda Həsənovun zamanında ordudakı sui-istifadələr haqqında qeydlərin olmasını gözləməyin.

Ordudakı zülm və ruh düşkünlüyü Azərbaycanla birgə onun düşməni erməniləri də hirsləndirir. Hər iki ölkədəki ölümlərin çoxu xroniki atışmaların nəticəsində baş verir, amma Ermənistan və Azərbaycan qeyri-döyüş şəraitində baş vermiş ölümlər kimi ortaq bir problemi də bölüşür.

Bəhruzinin kitabında Həsənovun əsgərləri ölkələrinə sadiq qalması üçün ruhlandırması əvəzinə, həssas bir “vətənpərvər qız”dan və Həsənovun qadınları hərbi xidmətə cəlb etməsi cəhdlərindən bəhs edir.

Azərbaycan həqiqətən orduda qadınların iştirakını artırmağa çalışır.

Azərbaycan II Dünya Müharibəsində iştirak edən snayperçi qadın Ziba Qəniyeva da daxil olmaqla, Sovet dövründə hərbidə xidmət edən qadınlar ilə fəxr edir. İndi bir xəbərdə də təqdim olunduğu kimi Azərbaycan “kövrək, amma qorxmaz” qadın snayperçilər dəstəsinə malikdir.

Daha çox qadının hərbiyə qoşulması Azərbaycan və Ermənistan cəmiyyətində qadınlar üçün yeni obrazlar yaradır. Lakin qadınlar ərazi mübahisələrinə kilidlənmiş iki millət arasında militarizmə və şovizmə daha çox cəlb olunurlar.

Hökumətin yürütdüyü hər hansı bir siyasət barədə soruşulan sualların Azərbaycan tərəfindən qarşısı alındığı bir dövrdə Bəhruzinin Azərbaycan ordusu və ordunun başçısı haqqındakı çoxcildli təriflərini sərbəst şəkildə tapmaq mümkündür. Kitab şübhəsiz ki, hakimiyyətə sadiqliyi təşviq edir. Bəhruzi harda olursa olsun Həsənovun sadiq hərbçisi olmağa davam edəcəyini bildirir.

Ancaq bəlkə də, o, daha sülhpərəst bir tendensiya üçün ilham ola bilər. Yəqin ki, bu münaqişə regionunda olan hər kəs, qadınlar və kişilər onun kitabından bir səhifə oxuyub daha az müharibəyə, daha çox modelliyə meyl edər.

Ana səhifəMənim FikrimcəAzərbaycanlı model hərbçi: Cazibədar qadın, yazıçı və döyüşçü