Azərbaycanlı jurnalist Türkiyədən deportasiya olundu

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlıdan sərt reaksiya: “Dünən gecə də Rauf Mirqədrirov ölkəni tərk eləmək istəyərkən onu tutub saxlayıb deyiblər ki, “vizanın vaxtı bitib””.

Source:


“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlıdan sərt reaksiya:  “


Dünən gecə də Rauf Mirqədrirov ölkəni tərk eləmək istəyərkən onu tutub saxlayıb deyiblər ki, “vizanın vaxtı bitib


””.

2010-cu ildən Türkiyədə “Ayna”-“Zerkalo” qəzetlərinin əməkdaşı kimi akkreditasiya olunan jurnalist Rauf Mirqədirov deportasiya olunub. Bu barədə Facebook statusunda azərbaycanlı jurnalist Şeyda Nəsibli Rauf Mirqədirovun saxlanması ilə bağlı bəzi məlumatları paylaşıb.

Təəccüblüdür ki, Rauf Mirqədirovun Türkiyədə akkreditə kartının bitməsinə hələ 6 ay vaxt olsa da, heç bir səbəb göstərilmədən onun təmsilçilyinin ləğv edilib. Şeyda Nəsibli deyib ki, Rauf Mirqədirov turist vizası almaq üçün Gürcüstana gedib qayıtmaq istəyirmiş. Amma dünən gecə avtobusdan düşüdülüb və polisə aparılıb. Ölkədən deportasiya olunacaq. Böyük qızı Türkiyədə məktəbə gedir. Həyat yoldaşının da akkreditəsi ləğv edilib. Amma deportasiya qaydaları həyat yoldaşına şamil olunmayacaq”.

Bu hadisəyə qəzetin baş redaktoru Elçin Şıxlı sərt reaksiya verib. O, modern.az saytına deyib ki, hadisədən 2 həftə əvvəl xəbəri olub, sadəcə olaraq Türkiyə olduğuna görə hay-küy qaldırmaq istəməyib:

“Başqa ölkə olsaydı, çoxdan onları biabır edərdim. Türkiyəni mən qardaş ölkə bildiyim üçün çox səs-küy salmamışam. Heç bir izahat vermədən Raufun akkreditasiyasını ləğv ediblər. O, 2010-cu ilin avqustundan Türkiyədə çalışır. İndiyə qədər heç bir problem olmayıb”.

Baş redaktor deyib ki, 10 gün əvvəl Türkiyənin Azərbaycandakı səfirinə məktubla rəsmi müraciət edərək bunula bağlı cavab istəyib. “Heç bir cavab yoxdur. Raufun özü vəkillə bir yerdə dəfələrlə onların Bakan Qurumuna müraciət edib. Ərizəsini də qəbul eləmək istəmirlər, heç nə də izah eləmirlər. Ona ayın 23-ə qədər vaxt veriblərmiş ki, sən ölkəni tərk eləməlisən. Dünən gecə də Rauf ölkəni tərk eləmək istəyərkən onu tutub saxlayıb deyiblər ki, “vizanın vaxtı bitib”. Rauf da deyib ki, “vizanın vaxtı keçməyib və mən özüm indi ölkəni tərk edirəm”. Buna baxmayaraq, onu yoldaşının, kiçik qızının gözünün qabağında tutub polisə aparıblar və hələ də ailəsi ilə danışmağa imkan vermirlər.Yolun ortasında yoldaşını da, uşağını da düşürüblər. İnsaniyyətdən uzaq hərəkətlər ediblər”.

Yeni Müsavat qəzetinin saytında yayılan məlumata görə, Rauf Mirqədirov özü Türkiyədə yaşayan jurnalist Zaur Qurbanlıya deyib ki, iki ölkə rəhbərlərinin bözü azarlaşmasının” qurbanı olub. Mirqədirov şübhələnir ki, Ərdoğan rəsmi Bakıya Azərbaycanda sıxışdırılacaq türkiyəlilərin siyahısını verib. Rəsmi Bakı da Ərdoğana qarşılıqlı bir siyahı təqdim edib:

“Məncə, həmin siyahıda mənim də adım var və onu Türkiyədən Azərbaycan hökumətinin tələbi ilə çıxarırlar. Amma Türkiyə hökumətini qəzəbləndirəcək, deportasiyama səbəb olacaq heç nə yazmamışam”. Jurnalist bildirib ki, əgər onu Azərbaycandan verilən təlimatla deportasiya edirlərsə, o zaman onu Bakı hava limanında həbs edə bilərlər: “Buna görə də xahiş etdi ki, hava limanına mümkün qədər çox jurnalist gəlsin” .

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Yeni Müsavat qəzetinin müxbirinə deyib ki, o, hazırda Türkiyədə olduğundan bu məsələdən xəbərsizdir:

“Əgər belə bir qərar verilibsə, demək səbəbsiz deyil. Mənim bu barədə bir söz deməyim düzgün olmaz”.

Ana səhifəXəbərlərAzərbaycanlı jurnalist Türkiyədən deportasiya olundu