Röya Rəfiyeva

Mənbə: Röya Rəfiyevanın şəxsi arxivindən

Başlıq: Röya Rəfiyeva

Azərbaycanlı jurnalist Almaniyadan deportasiya edildi

Almaniyadakı yaxınları Röya Rəfiyevanın Düsseldorf şəhərindən Bakıya uçduğunu bildirirlər

Azərbaycanlı jurnalist Röya Rəfiyeva və 3 övladı Almaniyadan deportasiya olunub. Səbəb onlara Almaniyada yaşamaq izninin verilməməsidir.

Bu barədə jurnalist özü “Facebook” səhifəsində yazır. O bildirir ki, sentyabrın 13-də gecə saatlarında deportasiya üçün evinə gəliblər:

“Bizim əlimizdə deportu saxlatmaq üçün güclü, ciddi həkim rəyi vardı, baxmadılar. Hətta kiçik uşağın atası Əfqanıstan vətəndaşıdır, o, qanunla heç bir ölkəyə deport oluna bilməz. Həmçinin, uşağın uçuş etməsi üçün mütləq atanın icazəsi olmalıdır, bunu da sayan yoxdur”.

Almaniyadakı yaxınları Röya Rəfiyevanın sentyabrın 14-də Düsseldorf şəhərindən Bakıya uçduğunu bildirirlər.

Röya Rəfiyeva 2017-ci il fevralın sonunda Azərbaycanı tərk edib. Daha öncə verdiyi müsahibələrində bildirir ki, səbəb Azərbaycandakı repressiyalardır:

“Artıq “Facebook”-da belə nəsə tənqidi bir paylaşım etmək mümkün deyildi. Bir çox dostumun ölkədən çıxışına qadağa qoyulmuşdu. Həbs haqqında düşünmürdüm, çünki çox nadir hallarda qadınları həbs edirlər. Ancaq bilirdim ki, ölkədən çıxışıma qadağa qoyula, yaxud işimi itirə bilərəm”.

Röya Rəfiyeva Azərbaycanda yaşayarkən “Yeni Müsavat”, ANS və “Kanal 13”-də çalışıb. O, Azərbaycandan gedəndən bir neçə ay sonra, 2017-ci ilin mayında “Kanal-13”-ün redaktoru həbs edilib. Eyni zamanda, kanala qarşı cinayət işi açılıb və kanal qapadılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9tx8ur

Ən çox baxılan