Hadisə Çexiyanın paytaxtı Praqada olub
Azərbaycanlı işadamı “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarov maşınında ölü tapılıb.
Olay Çexiyanın paytaxtı Praqada baş verib.
Çexiyanın “Nova TV” televiziyası hadisənin günün günorta çağı baş verdiyini xəbərləyib. Ona bıçaq xəsarəti yetirilib.
Çexiya polisi hələlik hadisənin necə baş verməsi ilə bağlı məlumat yaymayıb.
Azərbaycanın Çexiyadakı Konsulluğundan isə AzadlıqRadiosuna deyiblər ki, onlara iyunun 30-da Çex polisindən şifahi məlumat daxil olub.
“Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə” tapılması haqda məlumat verilib. Hadisənin araşdırıldığı bildirilib.