Azərbaycanlı idmançılar daha 6 medal qazanıblar

Source:

Birinci Avropa Oyunlarının 7-ci günündə – iyunun 18-də azərbaycanlı idmançılar daha 6 medal qazanıblar. Beləliklə, medalların ümumi sayı 29-a çatıb. Odur ki, bu göstəriciyə görə yalnız 40 medala sahib olan Rusiya öndədir.

İyunun 18-də Azərbaycana qızıl medalı taekvandoçu Milad Xarçeqani (80 kq. çəki dərəcəi) qazandırıb. Final yarışmasında o, rusiyalı Albert Qauna 9:4 hesabı ilə qalib gəlib.

Taekvandoçu Fəridə Əzizova qadınlar arasında (67 kq.) ikinci olub.

Gimnast Oleq Stepko isə Azərbaycana daha bir gümüş medal qazandırıb.

Sərbəst güləş üzrə yarışlarda azərbaycanlı idmançılar üç bürünc medal qazanıblar.

Belə ki, Hacı Əliyev (61 kq.), Ruslan Dibirhacıyev (70 kq.), Cəmaləddin Məhəmmədov (125 kq.) üçüncü yeri tutublar (Turan İA).

Ana səhifəXəbərlərAzərbaycanlı idmançılar daha 6 medal qazanıblar