Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyəti Krımla bağlı qətnamənin səsverməsində bitərəf qaldı.
Aprelin 9-da Avropa Şurası Parlament Assambleyasında Rusiyanın Krım təcavüzünə qarşı səsvermədə Azərbaycan nümayəndə heyətinin 11 üzvündən 6 nəfəri iştirak edib. Onlardan 5 nəfəri səsvermədə bitərəf qalıb. Bu haqda
AŞPA-nın rəsmi saytında
məlumat verilib.
Ümumilikdə səsvermədə iştirak edən 163 deputatdan 140 nəfəri qətnaməni dəstəkləyib, 16 deputat əleyhinə səs verib, 17 AŞ PA üzvü isə bitərəf qalıb.