Azərbaycanlı biznesmen qətlə yetirilib

Ukrayna Azərbaycanlıları Konqresinin Xerson vilayəti üzrə sədr müavini, iş adamı İlham Tağıyevin qətli ilə bağlı vilayət prokurorluğunda cinayət işi qaldırılıb və hadisənin ilkin motivləri məlum olub

Source:

Ukrayna Azərbaycanlıları Konqresinin Xerson vilayəti üzrə sədr müavini, iş adamı İlham Tağıyevin qətli ilə bağlı vilayət prokurorluğunda cinayət işi qaldırılıb və hadisənin ilkin motivləri məlum olub.

Xerson vilayəti üzrə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Əlimərdan Kərimov APA-ya açıqlamasında bildirib ki, əslən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan, 1956-cı il təvəllüdlü Tağıyev İlham Tağı oğlu Xerson şəhərində iri mağazalar şəbəkəsinə malik olub. İlkin ehtimallardan biri cinayətin onun biznesi ilə əlaqəli olmasıdır.

Ə.Kərimov deyib ki, İ. Tağıyevin mağazalarında çalışan bəzi şəxslər tərəfindən ona qarşı təxribat törədildiyi güman edilir: “Prokurorluqdan bizə verilən məlumata görə, digər ehtimal bununla əlaqəlidir. Belə ki, həmin axşam onun maşınında külli miqdarda pul olub və bunu onun biznesində iştirak edən bəzi şəxslər bilib”.

Ə. Kərimov qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyi məsələ ilə yaxından maraqlanır və Ukrayna Baş Prokurorluğu bu qətlin tezliklə açılmasına söz verib. Bu gün iş adamının nəşi Azərbaycana göndərilib və o, sabah Culfa rayonunda dəfn olunacaq.

İ. Tağıyev avqustun 17-nə keçən gecə Xerson şəhərində qətlə yetirilib. İş adamının meyitii ona məxsus “Mercedes” markalı avtomobildə tapılıb.

***

Ukraynanın Xerson şəhərində Azərbaycan icmasının liderlərindən olan iş adamı İlham Tağıyev qətlə yetirilib. Newsmeta.ua saytının məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

İlham Tağıyevin cəsədi ona məxsus “Mersedes” markalı maşından tapılıb.

Məlumata görə, cinayətkarlar onu sərt alətlə öldürüblər. Eyni zamanda ayağı və qabırğaları sındırılıb.

Mərhumun cibindən ona məxsus mənzilin açarını götürən naməlum şəxslər evi qarət ediblər. Mənzildən nə qədər zinət əşyası və pul götürüldüyü bilinmir. Faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərAzərbaycanlı biznesmen qətlə yetirilib