Everest və Himalayı fəth etmiş yeganə azərbaycanlı Nepalda yüksəkliyə qalxmaq istəyir
Everesti və Himalayın səkkiz min metrlik zirvələrini fəth etmiş yeganə azərbaycanlı alpinist İsrafil Aşurlu hazırda Nepalda növbəti yüksək zirvənin fəthinə hazırlaşır.
İsrafil Aşurlu beynəlxalq ekspedisiyanın tərkibində Manaslu (8156 m) zirvəsinin fəthində iştirak edəcək.
İsrafil Aşurlunun “Turan” agentliyinə verdiyi məlumata görə, gələn həftənin ortalarında alpinistlər zirvəyə gedən yoldakı baza düşərgəsinə çatmağı planlaşdırırlar. Fəthin Şimal-Şərq divarından həyata keçirilməsi planlaşdırılır. Zirvənin fəthi sentyabr – oktyabrın sonuna planlaşdırılır.
Aşurlu daşıyıcı şerplərin köməyindən istifadə etmək niyyətində deyil və fəthi oksigensiz həyata keçirəcək ki, bu da ikiqat çətin və təhlükəlidir.
Fəthin təşkilatçısı Çatur Tamanqdır (Chatur"s Treks & Expeditions).
Bu ilin yazında Aşurlu dünyanın üçüncü hündür zirvəsini – Lxotzeni (8501) fəth edib, 2011-ci ildə o, Kantencanqaya (8586 m), 2007-ci ildə isə Everestə (8848 m) dırmanıb.
İsrafil Aşurlu (16 yanvar 1969) UIAA (Beynəlxalq Alpinizm və Qayayadırmanma Federasiyası) nəzdində Buzadırmanma Komitəsinin (Ice-Climbing Commission) (2010-2017) məsul katibi, UIAA gənclər komitəsinin (Youth Commission 2012-2016) prezidenti, Azərbaycan Alpinizm Federasiyasının (2010-2016) prezidenti, Avrasiya Alpinizm və Qayayadırmanma Assosiasiyasının (EAMA, 2011-ci ildən etibarən) rəyasət heyətinin üzvü), buzadırmanma üzrə beynəlxalq dərəcəli hakim, Azərbaycanın idman ustasıdır.
Azərbaycan alpinizm tarixində ilk "Qar bəbiri" (2009) və Şimal qütbünü fəth edən (2009) ilk insandır.
O, “Azerbaijan Alpine Club” / Azərbaycan Alpine Klubu-nun həmtəsisçisidir.
2009-cu il martın 4-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə İsrafil Aşurlu "Tərəqqi" medalına layiq görülüb.
I və II dərəcəli "Edelveys" alpinist ordeni kavaleridir.