İsrafil Aşurlı

Mənbə: Meydan TV

Başlıq: İsrafil Aşurlı

Azərbaycanlı alpinist dünyanın ən yüksək zirvələrindən birini fəth etməyə hazırlaşır

Məqalə yeniləndi:  6 May 2019

Alpinist İsrafil Aşurlu Himalay dağlarının ən yüksək zirvələrindən birinə dırmanacaq

Məşhur Azərbaycanlı alpinist İsrafil Aşurlı Himalay dağlarının ən yüksək zirvələrindən biri olan Lxotzeni (8511 m) fəth edəcək ekspedisiyanın tərkibində Nepaldadır. Bu dağ dünyanın ən yüksək zirvəsi olan Everestin bilavasitə yaxınlığındadır.

Məlumat “Turan” İnformasiya Agentliyi yayıb.

Baza düşərgəsində (5600 м) iki həftə qalan Aşurlı alpinist qrupunun tərkibində 2-ci və 3-cü düşərgələrə (6400 m və 7800 m) akklimatizasiya yürüşləri edib.

Hazırda bu bölgədə bir neçə gündür güclü külək davam edir və alpinistlər dağa dırmanmaq üçün havanın düzəlməsini gözləyirlər.

Aşurlunın sözlərinə görə, bu mövsümdə Nepal höküməti 77 əcnəbi alpinistə Lxotzenin fəthi üçün və daha 375 nəfərə Everestə dırmanmaq üçün icazə verib. Amma hələlik heç kim fəthi həyata keçirməyib.

“Ümid edirəm ki, hava sakitləşəcək və bizim təxminən 7800 metr yüksəklikdə dördüncü düşərgəni qurmağımıza və oradan zirvənin fəthinə keçməyimizə imkan verəcək. Nə qədər ki, hava şəraiti pisdir, alpinistlər istirahət edir, fəthə hazırlaşırlar”, - deyə Aşurlı bildirib.

Himalayda fəth mövsümü mayın sonlarında başa çatır. Belə ki, yay aylarında musson küləkləri dağlara qar və fırtına gətirir.

İsrafil Aşurlu ən çox titula sahib Azərbaycan alpinistidir. 2007-ci ildə ilk azərbaycanlı olaraq, Everesti (8848 m) və 2011-ci ildə Himalayın digər nəhəngini - Kantencanqanı (8586) fəth edən alpinistdir.

7 il ərzində Aşurlı Azərbaycan Alpinizm Federasiyasına rəhbərlik edib, amma 2014-cü ildə bu vəzifəni tərk edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  6 May 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k1w2op

Ən çox baxılan