Azərbaycanlı alpinist Çoqoriyə qalxmaq istəyir

Bu zirvə dünyanın təhlükəli səkkizminliyi hesab olunur

Source: Vikipediya


Bu zirvə dünyanın təhlükəli səkkizminliyi hesab olunur

Azərbaycanlı alpinist İsrafil Aşurlu bu günlərdə dünyanın ikinci yüksək zirvəsi – 8611 metr yüksəkliyindəki Çoqoriyə (K2) qalxmaq istəyir.

O, “Turan” agentliyinə bildirib ki, ekspedisiyada rusiyalı alpinist Andrey Zaytsevlə birlikdə iştirak edir.

Bildirilir ki, hazırda alpinistlər dağın ətəyində 5 min metrə yaxın yüksəklikdə baza düşərgəsindədir.

Çoqori texniki xüsusiyyətlərə görə dünyanın ən mürəkkəb və təhlükəli səkkizminliyi hesab olunur.

O, planetin ən yüksək nöqtəsi Everestdən də mürəkkəbdir.

İsrafil Aşurlunun Azərbaycanın ən titullu alpinistidir və hazırda Everesti və dünyanın üç digər səkkizminliyi – Lhotze, Kantencanqa, Manaslu zirvələrini fəth etmiş yeganə azərbaycanlı olduğu bildirilir.

Ana səhifəXəbərlərAzərbaycanlı alpinist Çoqoriyə qalxmaq istəyir