“London-2012″də də eyni halla üzləşməsi İntiqam Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir
Azərbaycan ağırlıqqaldıranı, 31 yaşlı İntiqam Zairovun 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanma ümidləri boşa çıxıb.
Məlumatı report.az yayıb.
Bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsi 94 kq çəki dərəcəsində çıxış etmiş idmançı İntiqam Zairovu cəzalandırıb.
Cəzalanmanın səbəbi atletin “London-2012″dəki dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib.
2009-cu il Avropa vitse-çempionunun “London-2012″də dehidroxlormetiltestosterondan (turinabol) yararlandığı üzə çıxıb.
İ.Zairov olimpiadada tutduğu 6-cı yerdən və buna görə aldığı diplomdan da məhrum edilib. Halbuki özündən əvvəlki yerləri tutmuş 4 atlet də dopinq-testdən keçə bilmədiyi üçün o, ikinci pilləyədək yüksəlmiş və gümüş medal qazanma şansı əldə etmişdi.
İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi də müsbət nəticə verib. O, həm də 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
“”London-2012″də də eyni halla üzləşməsi İntiqam Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir”,-xəbərdə belə deyilir.