Azərbaycanla Türkmənistanın münasibətlərində tranzit amili

Source:
Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov
Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov

Azərbaycan və Türkmənistan Xəzər hövzəsinin iki enerji tranziti ölkəsi üçün qarşılıqlı maraq doğuran müxtəlif məsələlərin həllinə konstruktiv yanaşma ilə səciyyələnən yeni münasibətlər səviyyəsinə qədəm qoyur.

Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov Azərbaycan prezidenti İlham Əliyev və onun nümayəndə heyətinin üzvləri ilə noyabrın 21-də Aşqabadda keçirdiyi danışıqların nəticəsini məhz belə səciyyələndirib.

Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfər edib, səfərin xarakterindən göründüyü kimi, o, Berdıməhəmmədvun Bakıya 8 avqust 2017-ci il tarixli səfərinin davamı olub. Son danışıqlar, onların tarixi konteksti və müzakirə olunan regional layihələr dairəsi iki ölkə arasında SSRİ-nin dağılmasından sonra bir sıra Xəzər yataqları ilə bağlı mübahisələrin əmələ gətirdiyi qara zolağın başa çatdığı haqqında nəticəyə gəlməyə imkan verir.

Mübahisəli yataqlar mövzusu iki səfər zamanı açıq şəkildə müzakirə olunmasa da, prezidentlərin və onların əhatəsindəki yüksək vəzifəli şəxslərin səsləndirdiyi məsələlər yüklərin və karbohidrogenlərin tranziti sahəsində birgə layihələrin faktiki olaraq tranzit münasibətlərinin təsir dairəsində həll edilməsi üçün zəmin yaratdığını düşünmək üçün əsas verir.

Əliyevin səfəri zamanı 21 dövlətlərarası sənəd imzalanıb, onların əksəriyyəti logistika sahəsinə, o cümlədən gömrük, sərhəd prosedurlarına və digər prosedurlara aiddir.

Tranzit əməkdaşlığının əsas istiqamətləri kimi aşağıdakılar göstərilib:



1

. Yüklərin Xəzər vasitəsilə Böyük İpək Yolu (Avropa-Qafqaz-Mərkəzi Asiya-Çin) ilə daşınması



2

. Yüklərin Türkiyə-Gürcüstan-Azərbaycan-Türkmənistan-Əfqanıstan marşrutu ilə daşınması (Lazulit layihəsi)



3

. Transxəzər qaz kəmərinin tikintisi



4

. İkitərəfli ticarət dövriyyəsinin artırılması.

Tərəflər 10 ildir bu yolda irəliləyirdilər. 2008-ci ilin noyabrında və 2010-cu ilin avqustunda Əliyev və Berdıməhəmmədov bir-birinin ölkəsinə səfər edib, onların nəticələri ticarət, maşınqayırma, neft və qaz tranziti və s. sahələrdə tədrici, amma ardıcıl qarşılıqlı hərəkətin bünövrəsini qoyub.

İkitərəfli münasibətlərin yenidən inteqrasiyası, Avropa İttifaqının dəstəyi və Rusiya tərəfindən müqavimətin olmaması, bu ilin avqustunda Xəzəryanı dövlətlərin Xəzərlə bağlı siyasi-hüquqi saziş imzalaması kimi amillər sonuncu razılaşmaların həyata keçirilməsinin real və təcili olmasına səbəb olur. Sadalanan amillər çox şey vəd edən regional və beynəlxalq səviyyəli, o cümlədən karbohidrogenlərin işlənməsi, nəqli və emalı, yüklərin tranziti ilə bağlı müxtəlif ideya və layihələr yığını yaradır.

Berdıməhəmmədovun son iki ildə çoxplanlı tranzit dəhlizinin inkişaf etdirilməsi ilə bağlı qərarları Türkmənistan tərəfin addımlarının “Bitərəf Türkmənistan” konsepsiyası çərçivəsində hələ də bağlı olan ölkənin açılmasına yönəlmiş düşünülmüş strateji xarakter daşıdığını göstərir.

Türkmənistan və Azərbaycanın niyyətlərinin həyata keçirilməsində Moskva və Brüsselin Xəzər regionu üzrə, artıq qeyd edildiyi kimi, Transxəzər layihələri ilə bağlı mövqelərinin yaxınlaşdırılmasıdır. Moskva və Brüsselin Xəzər problemlərinə baxışlarının bir-birinə yaxın olması Bakı və Aşqabadın təşəbbüslərini gücləndirir və böyük karbohidrogen ehtiyatlarının və çoxistiqamətli nəqliyyat yollarının yerləşdiyi regionda regional və beynəlxalq oyunçuların maraqlarının birləşdirilməsi şansı yaradır.

Ana səhifəAnalitikaAzərbaycanla Türkmənistanın münasibətlərində tranzit amili