Dövlətlər arasında bir neçə sənəd imzalanıb
Mayın 31-də Bakıda Prezident İlham Əliyevlə Polşa prezidenti Andjey Dudanın təkbətək görüşü olub. Sonra Azərbaycan prezidenti İ.Əliyevlə Polşa prezidenti A.Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
“Azərtac”ın məlumatına görə, daha sonra İ.Əliyev və A.Dudanın iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub.
«Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının bitki mühafizəsi və toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu» imzalanıb.
Bundan başqa, tərəflər arasında kənd təsərrüfatına aid də anlaşma memorandumu qəbul edilib.
Daha bir sənəd isə Azərbaycan hökuməti ilə Polşa hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında olub.
Polşa Respublikasının prezidenti A.Duda mayın 30-da Azərbaycana gəlib.