Keşikçidağ məbədi

Mənbə: meydan tv

Başlıq: Keşikçidağ məbədi

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası üzrə komissiya işini bərpa edib

Salome Zurabişvili: ''Əminəm ki, tərəflər mehriban qonşuluq münasibətlərini rəhbər tutacaqlar''

Bakıda mayın 23-də Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyanın işi başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, komissiya işini 2 gün davam etdirəcək. Nümayəndə heyətlərinə hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsaliya rəhbərlik edirlər.

Komissiya işini 8 illik fasilədən sonra bərpa edib.

Azərbaycanla Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası məsələsi Keşikçi dağı ətrafında Gürcüstanda müzakirələrin başlanmasından sonra aktuallaşdı.

Gürcüstan prezidenti Salome Zurabişvili komissiyanın işinin bərpa olunmasını alqışlayıb.

Report” xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili rəsmi “Facebook” səhifəsində bu barərə yazıb.

“Əminəm ki, tərəflər iki ölkə arasında uzun illər davam edən mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini rəhbər tutacaqlar”.

Gürcüstan XİN rəhbəri David Zalkaliani isə hamını Keşikçi Dağı ilə bağlı emosional çıxışlardan çəkinməyə çağırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/orquwg

Ən çox baxılan