Azərbaycanla Ermənistan birgə bəyannamənin mətninə görə razılığa gələ bilmirlər

Tərəflər paraqraflardan birinə qarşılıqlı ziddiyyət təşkil edən cümlələrin əlavə edilməsini istəyiblər

Source:


Tərəflər paraqraflardan birinə qarşılıqlı ziddiyyət təşkil edən cümlələrin əlavə edilməsini istəyiblər

Avropa Birliyinin noyabrın 24-də keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycan və Ermənistanın birgə bəyanatla çıxış edəcəyi gözlənilir. Hazırda münaqişə vəziyyətində olan bu iki ölkə arasında bəyanatın bir paraqrafının mətninə görə mübahisə yarandığı bildirilir.

Məlumatı Azadlıq Radiosuna Avropa Birliyinin adının çəkilməsini istəməyən diplomatları

sızdırıb

.

Bildirilir ki, birlik yekun bəyannamədə spesifik olaraq müxtəlif münaqişələrin adları ilə qeyd edilməsi istəmirdi.

Təklif olunan mətn belə idi:

“Sammit iştirakçıları regiondakı münaqişələrin beynəlxalq norma və prinsiplərə uyğun şəkildə çözümü üçün yeni səylərə çağırırlar”.

Eyni zamanda, “münaqişələrin həlli – qarşılıqlı etimadın və yaxşı qonşuluğun bərqərar edilməsi, iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün mühüm faktorlardır” cümləsi də sənəddə yer alıb.

Amma Ermənistan və Azərbaycan bu bəyannamənin mətnindəki paraqraflardan birinə qarşılıqlı ziddiyyət təşkil edən cümlələrin əlavə edilməsini istəyiblər:

“Sonda bu paraqrafın açıq saxlanması və onun sammit başlanarkən liderlərin müzakirəsinə verilməsi barədə razılıq əldə edilib”.

Bununla belə, Avropa İttifaqı rəsmiləri Şərq Tərəfdaşlığının 2015-ci ildə Riqa sammitində baş verənlərin yenidən təkrar olunacağından ehtiyat edirlər.

Məsələ ondadır ki, həmin sammitdə mətnə dair mübahisələr yekun bəyannaməni bir neçə saat ləngitmişdi.

“Şərq Tərəfdaşlığı” 2009-cu ildə 6 keçmiş sovet respublikasının Avropa İttifaqı ilə münasibətlərinin dərinləşdirilməsi məqsədilə yaradılıb. Bu bloka Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildirlər. Avropa İttifaqının 28 üzvü “Şərq Tərəfdaşlığı” sammiti bəyannaməsinin mətni barəsində hələ oktyabrın əvvəllərində razılığa gəlmişdilər.

Razılaşdırılmayan yeganə paraqraf Dağlıq Qarabağ münaqişəsinə aid idi.

Ana səhifəXəbərlərAzərbaycanla Ermənistan birgə bəyannamənin mətninə görə razılığa gələ bilmirlər