Azərbaycanla Ermənistan bir-birini atəşkəsi pozmaqda günahlandırır

Foto: Vladimir Zotov/Shutterstock

“Erməni hərbçi Azərbaycan tərəfinin açdığı atəş nəticəsində ölməyib”

Sentyabrın 5-də axşam saatlarında Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində atəşkəsin pozulduğu deyilir.

Nəticədə Ermənistan ordusunun kiçik çavuşu Arman Qagikoviç Sarkisyanın (2002-ci il təvəllüdlü) həlak olduğu qeyd olunub.

Bu barədə sentyabrın 6-da Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi baş verənlərə görə Azərbaycan tərəfinin məsuliyyət daşıdığını iddia edib.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.

Nazirlik bildirib ki, erməni hərbçi Azərbaycan tərəfinin atəşi nəticəsində ölməyib.

“Ermənistan Müdafiə Nazirliyinin məlumatı yalandır”, – deyə nazirlik qarşı tərəfi yalan məlumat yaymaqda günahlandırıb.

Ana səhifəXəbərlərAzərbaycanla Ermənistan bir-birini atəşkəsi pozmaqda günahlandırır