”Azərbaycanla danışıqlara girməyin heç bir mənası yoxdur”

Rasim Ağayev: ”Sarkisyan indi Azərbaycanı yox, Rusiyanı, Fransanı və Amerikanı şantaj edir”

Source:
Serj Sarkisyan
Serj Sarkisyan


Rasim Ağayev: ”Sarkisyan indi Azərbaycanı yox, Rusiyanı, Fransanı və Amerikanı şantaj edir”

“Müharibə istənilən an başlaya bilər və münaqişəni həll etmək üçün danışıqların perspektivi çox azdır”.

Bunu “Bloomberg”-ə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib.

O bildirib ki, təhlükəsizliyə təminat olmadan Ermənistan üçün mübahisəli torpaqlarla bağlı Azərbaycanla danışıqlara girməyin heç bir mənası yoxdur.

“Çünki vəziyyət indi tamamilə başqa cürdür. Bir tərəfdə biz danışıqlar apardığımız anda, digər tərəfdə hərbi rəsmilərin müharibə aparması mümkündür”, – deyə o bildirib.

Siyasi şərhçi Rasim Ağayev Serj Sarkisyanın fikirlərini erməni siyasətçilərinin ənənəvi üsul kimi dəyərləndirib: “Qarşı tərəf indi Azərbaycanı yox, Rusiyanı, Fransanı və Amerikanı şantaj edir. Ki, onlar bu yolla getmirlər, təklifləri qəbul etmirlər. Onun təhlükəsizlik təminatı barədə dedikləri də siyasi şantajın tərkib hissəsidir, birincisi, Ermənistanın Qarabağa nə aidiyyatı var, ikincisi də işğal altındakı rayonlar da Qarabağ ətrafındadır. Əslində, təhlükəsizliyin təminatını Azərbaycan tələb etməlidir. Çünki ərazi iddiasına və ardınca işğala Azərbaycan məruz qalıb”.

Rasim Ağayev

Rasim Ağayev bildirib ki, Ermənistandakı daxili siyasi situasiya Sarkisyanın əleyhinə olduğundan onun bu cür açıqlamalar verməkdən başqa çıxış yolu yoxdur: “Hazırda erməni müxalifəti və ictimaiyyəti onun hakimiyyətdən getməsi tələbi üzərində köklənib. Sarkisyan hakimiyyətdən getsə, korrupsiya əməlləri gündəmə gələcək ki, buda yaxşı nəticə verməyəcək. Özü bunları bildiyindən inadkar bəyanatlar verir. Amma bu bəyanatların  heç bir nəticəsi olmayacaq. Səbəb də Minsk Qrupunun həmsədr ölkələri artıq Azərbaycanın yox, öz maraqlarının da təhlükə altında olduğunu görür

Ana səhifəXəbərlər”Azərbaycanla danışıqlara girməyin heç bir mənası yoxdur”