Azərbaycanla Almaniya arasında siyasi məsləhətləşmələr aparılıb

Məlumata görə məsləhətləşmələrdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Source:


''Regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi olub''

Bakıda mayın 7-də Azərbaycan və Almaniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Məlumatı Azərbaycan XİN yayıb.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert rəhbərlik ediblər.

Məlumata görə məsləhətləşmələrdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xarici İşlər Nazirliyinin məlumatında iqtisadi əməkdaşlıq, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin müzakirə olunduğu bildirilib.

“Bundan əlavə, tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardı”, – xəbərdə deyilir.


Meydan TV

mayın 7-də Azərbaycanla Almaniya arasında siyasi problemlərin yaşanması barədə material dərc edib.

Məlumata görə Azərbaycan Almaniyanın hərbi təyyarələrinə Əfqanıstana uçmaq üçün səmasından istifadə etməyə icazə vermir.

Ana səhifəXəbərlərAzərbaycanla Almaniya arasında siyasi məsləhətləşmələr aparılıb