Azərbaycanın xarici borcu 5 milyard manatı ötdü

Adambaşına xarici dövlət borcu 529 dollardır

Source:


Adambaşına xarici dövlət borcu 529 dollardır

2014-cü ilin 3-cü rübündə Azərbaycanın xarici dövlət borcu 17,2 mln manat və ya 0,34 faiz artaraq, 1 oktyabr üçün 5 mlrd 5,1 mln manat ($6 mlrd 380,7 mln) olub.

Maliyyə Nazirliyinin məlumatına görə, bu, ÜDM-in 8,5 faizdir.

Adambaşına xarici dövlət borcu 529 dollardır. Son 4 ildə  adambaşına xarici dövlət borcu 27 faiz artıb. 2010-cu ilin oktyabrında bu göstərici 415,3 dollar idi.

Xarici dövlət borcunun strukturu belədir: ABŞ dolları 63,7 faiz, avro 21,7 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 10,4 faiz.

Maliyyə Nazirliyinin məlumatına görə, borc vəsaitlərinin 7.4 faizi 10 ilə qədər, 61.3 faizi 10 ildən 20 ilə qədər, 31.3 faizi isə 20 ildən artıq olan müddətə cəlb olunub (Turan İA).

Ana səhifəXəbərlərAzərbaycanın xarici borcu 5 milyard manatı ötdü